- Baxış sayı: 30
- 26 Avqust 2026 21:53
- Baxış sayı: 61
- Avqust 26, 2026
- 0


Bu gün tarixdə ilk dəfə Azərbaycanda UEFA icraiyyə komitəsinin iclası keçirilib.
Allsport.az saytı xəbər verir ki, “Hilton” mehmanxanasında 4 saatdan artıq davam edən toplantıda qurumun prezidenti Aleksander Çeferin paytaxtımızın yığıncağa ev sahibliyi etməsi ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova plaket təqdim edib.
İclasdan sonra mətbuat konfransı təşkil olunub. İcraiyyə komitəsində qəbul olunmuş qərarlar barədə məlumat verən qonaq, sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.