Ölkə çempionunun Avroliqada oyunlarının təqvimi bəlli oldu

“Qarabağ” klubunun mübarizə aparacağı Avropa Liqasının “F” qrupunda oyunların təqvimi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu qrup mərhələsində ilk matçını sentyabrın 18-də, Bakıda “Sent Etyen”ə qarşı keçirəcək.

Oktyabrın 2-də İtaliyada “İnter”in, ayın 23-də isə Ukraynada “Dnepr”in qonağı olacaq Ağdam təmsilçisi qrup mərhələsinin son matçını evdə “İnter”ə qarşı keçirəcək. Həmin oyun dekabrın 11-də baş tutacaq.

Lakin oyunların başlama saatı hələlik məlum deyil. Buna yaxın günlərdə aydınlıq gələcək.

 18 sentyabr: “Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa)

2 oktyabr: “İnter” (İtaliya) – “Qarabağ” (Azərbaycan)

23 oktyabr : “Dnepr” (Ukrayna) – “Qarabağ” (Azərbaycan)

6 noyabr: “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna)

 27 noyar: “Sent Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan)

11 dekabr: “Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya)

Həmin kateqoriyadan