Ölkəmiz 1 pillə irəlilədi

Çempionlar liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni əmsal cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, yeni cədvəldə Azərbaycan 1 pillə irəliləyib.

“Neftçi”nin 1-ci təsnifat mərhələsində evdə “Dinamo”ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və ölkəmiz reytinqdə birgünlük fasilədən sonra 29-cu pillədən yenidən 28-ci pilləyə qayıdıb.

Hazırda Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,125 xal geri qalır.

Həmin kateqoriyadan