- Baxış sayı: 40
- 05 May 2026 22:22
- Baxış sayı: 129
- May 04, 2026
- 0

“İnter”in (hazırkı “Keşlə”) sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 71 yaşında ata olub. Allsport.az xəbər verir ki, bu barədə onun özündən 40 yaş kiçik həyat yoldaşı Mariya Konkova məlumat yayıb.
Mariya ukraynalı mütəxəssisdən Saşa adlı qız övladı dünyaya gətirdiyini yazıb.
Konkov 2004-2006-cı illərdə “İnter”də çalışıb.