“Omoniya”nın baş məşqçisi: “Qarabağ”la oyunu səbirsizliklə gözləyirik”

“Bu görüşün nəticəsinin “Qarabağ”la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram. Hazırda bu barədə düşünmürük”.

Allsport.az xəbər verir ki, bu fikirləri Kiprin “Omoniya” klubunun baş məşqçisi Henninq Berq çempionatın IV turunda “Pafos”la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.

52 yaşlı mütəxəssis konfrans liqasının qrup mərhələsinin II turundakı matça köklənmək istədiklərini bildirib: “Komandamızın müdafiədə yaxşı olduğunu düşünürəm, hücumda isə daha kəsərli olmalıyıq. “Qarabağ”la oyunu səbrsizliklə gözləyirik”.

Sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Həmin kateqoriyadan