“Ona qarşı oynamaq hamı üçün maraqlı və gərgin olacaq“

“Qarabağ” səfərdə premyer liqanın 23-cü turdan təxirə salınmış oyunda “Qəbələ”nı 4:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Demək olar ki, iki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. 5-4-1 sistemini çox düzgün və aktiv yerinə yetirən komanda ilə qarşılaşdıq. İlk hissə bizə heç də asan olmadı. İkinci hissədə erkən qol vurduq və qırmızı vərəqə də işimizə yaradı.

Kaxaber Tsxadadzeyə də uğurlar arzulayıram. Düşünürəm ki, ona qarşı oynamaq hamı üçün maraqlı və gərgin olacaq. Onu görmək xoş oldu. Həmişə onun komandasına qarşı hazırlığa daha çox vaxt sərf etmişəm. Bu soyuqda bizimlə olan azarkeşlərə təşəkkür edirəm”.

Həmin kateqoriyadan