“Ondan çox şey öyrəndim”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta çempionlar liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə ilk oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, qarşılarında çətin bir işin olduğunu deyib:

“Bizim qarşımızda çempionlar liqası tarixinin ən uğurlu klublarından birinə qarşı oynamaq kimi çətin bir iş var. Biz bunu səbirsizliklə gözləyirik.

“Bavariya” “top” komandadır. Mən Tuxelin və onun komandalarını qurma tərzinin böyük fanatıyam. Ondan çox şey öyrəndim.

“Bavariya”nı ətraflı təhlil etsəniz, güclü komanda olduğunu başa düşərsiniz. Yaxşı hazırlaşmalı və oyunu istədiyimiz kimi oynamalıyıq. Bunu etsək, qalib gəlmək şansımız olacaq”.

Həmin kateqoriyadan