“Onlar liqaya liderlik edirlər”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 29 turdan sonra “Liverpul”un premyer liqadakı liderliyindən danışıb.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubu tərifləyib:

“”Liverpul” birinci yerdədir. Onlar liqaya liderlik edirlər, belədir. Hələ doqquz oyun var, ona görə də nə baş verəcəyini görəcəyik”.

“Şəhərlilər” 29-cu turda “Arsenal”la heç-heçə oynayıb (0:0). “Liverpul”la fərq 3 xaldır.

Həmin kateqoriyadan