- Baxış sayı: 34
- 04 İyun 2026 20:15
- Baxış sayı: 64
- İyun 04, 2026
- 0

“Arsenal” və Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri, “Bayern”ə niyə heyran olduğunu izah edib. Allsport.az saytı xəbər verir ki, ünlü futbolçu Almaniya klubunun öz fəlsəfəsinə daim sadiq qaldığını deyib:
“Mən həmişə “Bayern”ə və klubun idarə olunma tərzinə heyran olmuşam. Frank Riberi, Villi Sanyol və Biksent Lizarazu kimi keçmiş oyunçular “Bayern”, klub, azarkeşlər, mentalitet – əsasən hər şey haqqında çox yüksək fikirlər söyləyiblər.
Onların müqavilə bağladığı oyunçulara baxsanız, söhbət həmişə böyük adlardan getmir. Onlar öz kimliklərinə uyğun oyunçuları cəlb edirlər. Buna görə də hər şey işə yarayır. Onlar özlərinə deyirlər: bu oyunçu əla ola bilər, amma o, “Bavariya” üçün deyil. Yaxud: bu məşqçi yaxşıdır, amma klubumuz üçün uyğun deyil. Onlar öz fəlsəfələrinə sadiq qalırlar və mən buna hörmət edirəm”.