- Baxış sayı: 48
- 20 May 2026 23:19
- Baxış sayı: 54
- May 20, 2026
- 0

“Real”ın hücumçusu Kilian Mbappe “Çelsi”nin marağına səbəb olub. Allsport.az saytı xəbər verir ki, “zadəganlar”ın sahibi Todd Buli onun anası və agenti Fayza Lamari ilə əlaqə saxlayıb.
Bundan əlavə, klubun gələcək baş məşqçisi Xabi Alonso şəxsən fransalı hücumçu ilə maraqlanır və Madriddə uğurlu tərəfdaşlıqdan sonra onunla yenidən işləmək istəyir.
Futbolçu, bu yaxınlarda ispaniyalı mütəxəssissə hörmətini açıq şəkildə ifadə edərək, onların əla münasibətlərini vurğulayıb.
Mbappenin “qalaktikos”la müqaviləsi 2029-cu ilə qədərdir. “Transfermarkt” onun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.