“Oyun tanrısı” həyacanla “Qarabağ”ı qəbul etməyə hazırlaşır

Dünya çempionatı-1958-ə ev sahibliyi haqqı qazanan İsveç yeni stadionlara ehtiyac duydu. Təzə arenalardan ən böyüyü, Göteborq şəhər mərkəzinə inşa edilən “Ullevi” stadionuna yaraşan bir ad verilməli idi. Fərqli təkliflər vardı. Ən son skandinaviyalıların mitologiyasında Sifin oğlu, ov, oxçuluq və oyunlar tanrısı Ullerin adı 75 min tamaşaçı qəbul etmə imkanına malik idman qurğusuna verildi. “Ullevi” futbol yarışlarında 43 min pərəstişkar qəbul edə bilərkən konsert ve bənzər proqramlarda 75 min tamaşaçı tutumuna malikdir.

Allsport.az saytı xəbər verir ki, Avropa ligasının “H” qrupunda “Qarabağ” ilk səfər oyununu bu məşhur meydanda yerli “Hakken” klubuna qarşı keçirəcək. 15 sentyabr tarixində satışa çıxarılan biletlərin ən az yarısı bu gün etibarı ilə satılıb. Satışa nə qədər bilet çıxarıldığı, tribunalarda nə qədər seyrcinin olacağı haqqında dəqiq bir açıqlama verilməyib. Yalnız biletlərin satışın həyata keçirən “Ticketmaster” əlində olan biletlərin yarısının satıldığın göstərə bilir.

Mansur DADAŞOV, İsveç

Həmin kateqoriyadan