- Baxış sayı: 57
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyunundan əvvəl komandamızın müdafiəçisi Bəhlul Mustafazadənin iştirakı ilə mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu oyunun mahiyyətinin fərqində olduqlarını deyib: “Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Sabah bizi ilk matçdan da çətin oyun gözləyir. Amma görüşə hazırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə əldə edək. Oyuna daha sakit yanaşırıq, soyuqqanlı olmağa çalışacağıq”.