“Oyuna nəzarət edən tərəf idik”

Premyer liqanın 29-cu turunda “Sabah” evdə “Turan Tovuz”a 0:2 məğlub olub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Krunoslav Renduliç oyun haqda danışıb:

“Bilirdik ki, rəqib evdə yaxşı çıxış edir. İlk hissədə onun oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq.

Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu, alınmırdı. Sadə oynamaq lazımdır. Biz isə çətinə gedirdik”.

Həmin kateqoriyadan