“Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm”

Allsport.az xəbər verir ki, Avropa liqasının qrup mərhələsinin 2-ci turunda “Hakken” – “Qarabağ” oyunundan (0:1) sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. O, qələbə barədə bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib 3 xal qazandıq. Oyunçular çox işlədilər, sonda yoruldular. Amma sonadək dözdülər. Rəqib özünəməxsus oyun üslubuna malikdir. Onların topla yaxşı davranan və sürətli oyunçuları var idi.

Bəzi epizodlarda kombinasiyalı hücumların qarşısını ala bilmədik. Amma futbolçular matçın gedişində oyunu tam idarə etməyi bacardılar. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Rəqiblərin hər birinə qalib gəlmək istəyiriksə, daha diqqətli və daha aktiv olmalıyıq. Ümumilikdə komandadan razı qaldım”.

Həmin kateqoriyadan