“Oyunçuları bu performansa görə təbrik etdim”

“Napoli” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona” ilə 1:1 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, 2 gün əvvəl Neapol təmsilçisinə baş məşqçi təyin olunan Françesko Kalzona oyun haqda danışıb:

“Hələ bir az işimiz var, amma mən oyunçuları bu performansa görə təbrik etdim. Mübarizə etdik, yaxşı ikinci hissə və əla son 15 dəqiqə keçirdik.

Komandanın münasibəti çox xoşuma gəldi. Sonda bu oyunda qalib gələcəyimizə inandıq. İlk yarım saatda mübarizə apardıq, sonra komanda reaksiya verdi. Əvəzedicilərdən çox razıyam”.

Həmin kateqoriyadan