“Oyunu düz qura bilmədik”

“Zirə” premyer liqanın 5-ci turunda səfərdə “Qəbələ”yə 0:1 uduzdu. Komandanın hücumçusu Rüstəm Əhmədzadə 2-ci hissədə meydana girdi. Amma o da “qartallar”ı xilas edə bilmədi. Matçdan sonra o allsport.az saytına müsahibəsi verdi:

Matça qələbə üçün çıxmışdıq. Uğur sıralamasını davam etdirmək niyyətindəydik. Amma iş elə gətirdi ki, oyunu düz qura bilmədik və bu üzdən fikir etməyə başladıq. Həmin məqamda “Qəbələ” qol vurdu. Bunun əvəzini verməliydik. 2 qol vurmaq üçün irəli atıldıq və belədə tələsməyə başladıq.

– Fasilədə nə götür-qoy etdiniz?

– İkinci hissədə oyunu nəzarətə götürdük, diqtə edən tərəf olduq. Amma qol gəlmədi. “Qəbələ” ustalıqla tempi aşağı saldı, sürəti səliqəli şəkildə öldürdü.

– Hər halda, yenilgi gözlənilməz oldu.

– Deməzdim ki, “Qəbələ” autsayder sayılır. Rəqib ilk 4 turda nəticə qazanmaqda da, yaxşı təcrübəyə malikdir. İntizamlı komandadır. Onları təhlil etmişdik, öyrənmişdik: yaxşı oyunları vardı. Biz buna yaxınlaşa bilmədik. Bilirdik ki, gec-tez öz oyunlarını tapacaq və xallar yığmağa başlayacaqlar.

– Ötən mövsüm də “Zirə”nin “Qəbələ” ilə oyunu alınmırdı. Nə çatmır?

– Heç bir çatışmamazlıq yoxdur. Sadəcə, həmin anı sındırmaq lazımdır. Ümid edirəm ki, “Qəbələ”yə qarşı növbəti oyunlarda bu mənfi tendensiyanı aradan qaldıraraq qələbələr qazanacağıq.

Söhbətləşdi: Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan