“Oyunun mahiyyətini bilirik”

“Qarabağ” Avropa liqasının “G” qrupunun 6-cı turunda evdə Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov fikrini bölüşüb:

“Qrupda son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik.

Oyunun mahiyyətini bilirik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi qarşılaşmaya yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək”.

Həmin kateqoriyadan