“Öz üzərimizdə hər tərəfdən bir az təzyiq hiss edəcəyik”

“Qəbələ”nin futbolçusu İsnik Alimi yeni mövsümün hazırlığı barədə fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, təlim-məşqin uğurla davam etdirdiklərini deyib: “Toplanışının Qəbələdə birinci hissəsi çox yaxşı keçdi. Biz hazırda çalışmalarımızı davam etdiririk. Hər kəs işin ciddiyyətini çox gözəl qavrayır, düzgün yanaşma və konsentrasiya ilə qarşıdakı matça hazırlaşır. Hamı bizi Konfrans Liqasında gözləyən oyuna hazır olmağa səy göstərir, bunun üçün çalışır. Mövsümün ilk qarşılaşmasına neçə faiz hazır olduğumuzu demək çətindir”.

28 yaşlı yarımmüdafiəçi şimali makedoniyalı konfrans liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la keçirəcəkləri görüşlər barədə də açıqlama verib: “Komandamızın heyətindəki bir çox futbolçu Avropa miqyaslı turnirlərdə ilk dəfə iştirak edəcək. Yəni, ilk dəfə belə hissləri, fərqli oyun təcrübəsini yaşayacaq. Bu, komanda olaraq bizi çəkindirmir, qorxutmur. Düzdür, qarşıdakı matç digər oyunlar kimi olmayacaq. Öz üzərimizdə hər tərəfdən bir az təzyiq hiss edəcəyik. Biz meydana yüksək əzmlə çıxmalı və öz oyunumuzu göstərməliyik”.

Həmin kateqoriyadan