Milli mətbuat gününə beynəlxalq stolüstü tennis turniri

Milli mətbuat gününə beynəlxalq stolüstü tennis turniri

Milli mətbuat günü münasibətilə “Bakı 2026 – Dünya idman paytaxtı” layihəsi çərçivəsində media nümayəndələri arasında stolüstü tennis turniri təşkil olunub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi, Azərbaycan stolüstü tennis federasiyası və “Sportsman” idman jurnalının birgə təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq mərkəzində keçirilən Türkiyə, Qazaxıstan və Gürcüstandan olan media nümayəndələri də iştirak ediblər.

Qadınlar arasında keçirilən yarışda Qazaxıstanı təmsil edən Qırmızı Candasova qalib olub. Məhluqə Nəsirova (“BrendSport.az”) ikinci, Sayala Bayramova (“BrendSport.az”) və Gülzar İbrahimova (“Sehrli dünya” uşaq kanalı) isə üçüncü yeri tutublar.

Kişilər arasında Bəhruz Səmədov (“BrendSport.az”) turnirin qalibi olub. Əli Mikayılov (AzTV) ikinci, İman Məcidov (“Baku” TV) və Gürcüstan təmsilçisi Laşa Ramazaşvili isə üçüncü olublar.

Həmin kateqoriyadan