- Baxış sayı: 50
- 01 Oktyabr 2026 14:52
- Baxış sayı: 93
- Oktyabr 01, 2026
- 0

Allsport.az xəbər verir ki, “Süa” idman-sağlamlıq mərkəzində keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar stolüstü tennisdə bacarıqlarını göstərirlər.
Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparırlar.
3 gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər.