- Baxış sayı: 26
- 16 Sentyabr 2026 11:57
- Baxış sayı: 248
- Sentyabr 15, 2026
- 0

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında keçirilən Avropa çempionatında tarixi uğura imza atıb.
Allsport.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində təşkil olunan yarışda türkiyəli Görkəm Öcalla qoşa çıxış edən Onur 1/4 finalda Çexiya cütlüyünü məğlub edərək yarımfinala yüksəlib.
Bununla o, müstəqillik dövründə yeniyetmələr arasında Avropa çempionatında ən azı bürünc medalı təmin edən ilk azərbaycanlı stolüstü tennisçi olub.
Onur Quluzadə – Görkəm Öcal tandemi bu gün keçiriləcək yarımfinalda Avstriya-İspaniya cütlüyü Lüis Fegerl – Ladimir Mayorovla üz-üzə gələcək.