Media nümayəndələri stolüstü tennis yarışında

Media nümayəndələri stolüstü tennis yarışında

22 İyul – milli mətbuat günü münasibətilə “Bakı 2026 – dünya idman paytaxtı” layihəsi çərçivəsində “Bakı media open” stolüstü tennis turniri keçirilib.

Allsport.az xəbər verir ki, şüa idman-sağlamlıq mərkəzində təşkil olunan yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstandan media nümayəndələri iştirak ediblər.

Turnirin açılışında gənclər və idman nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev və Azərbaycan stolüstü tennis federasiyasının vitse-prezidenti Elmar İslam iştirakçıları milli mətbuat günü münasibətilə təbrik ediblər.

Qadınların yarışında Qazaxıstan təmsilçisi Qırmızı Jandosova birinci olub. Məhluqə Nəsirova ikinci, Sayalə Bayramova və Gülzar İbrahimova isə üçüncü yeri tutublar.

Kişilərin mübarizəsində isə Bəhruz Səmədov qalib adını qazanıb. Əli Mikayılov ikinci, İman Məcidov və Gürcüstan təmsilçisi Laşa Ramazaşvili üçüncü yeri bölüşüblər.

Həmin kateqoriyadan