Yenidən prezident seçilib

Yenidən prezident seçilib

Azərbaycan respublikası baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə stolüstü tennis federasiyasının (ASTF) prezidenti seçilib.

Allsport.az xəbər verir ki, 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev, qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Həmin kateqoriyadan