Avropa üçüncüsü oldu

Avropa üçüncüsü oldu

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində tarixi uğura imza atıb.

Allsport.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli Görkəm Öcalla birlikdə çıxış edən təmsilçimiz bürünc medal qazanıb.

Onur Quluzadə – Görkəm Öcal cütlüyü yarımfinalda Avstriya-İspaniya tandemini təşkil edən Lüis Fegerl və Ladimir Mayorova 2:3 hesabı ilə məğlub olaraq mübarizəni üçüncü pillədə başa vurub.

Onur Quluzadə müstəqillik dövründə yeniyetmələr arasında Avropa birinciliyində medal qazanan ilk Azərbaycan stolüstü tennisçisi kimi tarixə düşüb.

Həmin kateqoriyadan