- Baxış sayı: 54
- 01 İyul 2026 15:42
- Baxış sayı: 84
- İyul 03, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, bu gün stolüstü tennis üzrə Respublika birinciliyinə yekun vurulub. “Süa idman – sağlamlıq mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər. Paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Onlar şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər. Üç gün davam edən yarışın nəticələrini təqdim edirik:
Qızların şəxsi mübarizəsi:
1- ci yer- Mehin Mirzəbalayeva
2- ci yer- Yasəmən Həbibova
3- cü yer- Səidə Qulizadə
3-cü yer- Banu İmanverdizadə
Oğlanların şəxsi mübarizəsi:
1- ci yer- Cəfər Almədədli
2-ci yer- Saleh Hümbətov
3-cü yer- Camal Kərim
3-cü yer- Əliəkbər Mirzəliyev
Qızların qoşa mübarizəsi:
1-ci yer- Yasəmən Həbibova – Mehin Mirzəbalayeva
2-ci yer- Rüqəyya Cavadzadə – Gülnur Kərimli
3-cü yer- Aylin Cabbarova – Fatimə Şahvələdova
3-cü yer- Səidə Qulizadə – Aylin Şərifli
Oğlanların qoşa mübarizəsi:
1- ci yer- Saleh Hümbətov – Cəfər Almədədli
2- ci yer- Əliəkbər Mirzəliyev – Camal Kərim
3- cü yer- Vyaçeslav Esaukenko – Səid Quluzadə
3- cü yer- Tunar Hüseynzadə – Həzrət Kamilov
Qarışıq-qoşa mübarizə:
1- ci yer- Cəfər Almədədli – Yasəmən Həbibova
2- ci yer- Əliəkbər Mirzəliyev – Mehin Mirzəbalayeva
3- cü yer- Saleh Hümbətov – Banu İmamverdizadə
3- cü yer- Raul Əsədov – Mehri Aslanzadə
Azərbaycan gənclər və idman nazirliyi və Azərbaycan stolüstü tennis federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fəxri kürsüyə qalxan idmançılara diplom və medallar təqdim olunub.