“Özümü tam hazır hiss edirəm”

“Qarabağ”ın futbolçusu Kevin Medina açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı müdafiəçi qısa müddətli tətil zamanı Portuqaliya və vətəni Kolumbiyaya yollandığını deyib:

“Tətil qısa olduğu üçün zaman çox tez keçdi və deyərdim ki, istirahət etməyə vaxt olmadı. Valideynlərim mövsümün 2-ci yarısını mənimlə birgə Azərbaycanda keçirmişdilər. Buna görə də biz mövsüm bitən kimi Bakıdan birbaşa Portuqaliyaya yollandıq. Mənim qızım məhz bu ölkədədir.

Valideynlərim ilk dəfə övladımı gördülər, yaxından tanış oldular. Sonra Kolumbiyaya yollandıq. Ölkəmdə istirahət günlərimi dostlarımla keçirdim və bəzən futbol da oynadıq. Çox istirahət etməyə vaxt olmadı. Bu gün isə yeni mövsümün hazırlığına qoşuldum. Özümü tam hazır hiss edirəm”.

Medina mayın 12-də “Qarabağ”la 2025-ci ilin yayınadək yeni müqavilə imzalayıb. O, 2020-ci ildən bu komandada oynayır.

Həmin kateqoriyadan