“Azərbaycanda koronavirusla bağlı açıqlanan rəqəmlərin doğru olub-olmadığından əmin deyiləm”

“Zirə”nin yunanıstanlı müdafiəçisi Anastasios Papazoğlu ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçu Azərbaycanda koronavirusla bağlı yaranmış karantin vəziyyətindən, burdakı futbolun durumundan bəhs edib.

– Azərbaycanda koronavirusla əlaqədar vəziyyət necədi?
– Yunanıstanla müqayisədə daha sakitdi. Ən azından rəsmi açıqlamalardan belədi, həqiqətdə nə olduğunu bilmirəm. İndiyə qədər 380 yoluxma halı açıqlanıb, ölənlərin sayə isə 10-dan çox ceyil. (Böyük ehtimalla, müsahibə bir neçə gün əvvəl alınıb, hazırda yoluxma faktı 1200-dən artıqdı – red.).

– Virusla əlaqədar hansı tədbirlər görülüb?
– Avropanın əksər ölkələrində olduğu kimi, nəqliyyatda məhdudiyyətlər var, bütün tədbirlər dayandırlılıb. Məsələn, bütün dükanlar, kafelər və ticarət mərkəzləri bağlanıb. Yunanıstanmda olduğu kimi, yalnız banklar, apteklər və supermarketlər açıqdı. Son 15 gündə  tədbirlər gücləndirilib, əvvəl belə deyildi.

– Virus Azərbaycanın qonşusu İranda geniş yayıldı. Bunun ora təsiri oldumu?
– Ümumən, xəstəlik İrandan gəldi. Bir neçə gündən sonra ölkə hərəkətə keçdi və sərhədlər bağlandı. Yenə deyirəm, əsl durumun necə olduğunu bilmirəm. Elan edilən rəqəmlərin doğru olub-olmadığından əmin deyiləm.

– Belə başa düşdük ki, əvvəlcə hər şey normal idi, hazırda isə vəziyyət gərgindir…
– Vəziyyətin ciddiliyini başa düşdürük. Bakı çox inkişaf etmiş bir şəhərdir və gündə 24 saat işləyirlər. Burda tikinti heç vaxt dayanmır. Daim göydələnləri qaldırırlar və son vaxtlar əvvəlki dövrdəki kimi işləmirlər. Bu vaxt vəziyyətin necə ciddi olduğunu başa düşdüm.

– Bakı necə şəhərdi?               
– Çox varlı şəhərdi. Burda çox pul var, hər yerdə uca binalar inşa edirlər. Bakı Dubay olmaq niyyətindədi. Bu mövcud olan perspektiv və şəhərin qarşıya qoyduğu məqsəddi. Həqiqətən çox gözəl bir şəhərdi və görməyə dəyər. Əlbəttə medalın iki üzü var: çoxlu varlılar olsa da, yoxsulluq da var. Hava limanından şəhər mərkəzinə gələnə qədər sağda və solda kasıb məhəllələrlə qarşılaşırsan. Buna görə ətrafa rəngli divarlar vururlar ki, mövcud yoxsulluğu görməyəsən. Ancaq ehtiyacınız olan hər şeyə sahib bir şəhərdi. Burada darıxmaq mümkünsüzdü.

– Bəzi Avropa klublar maaşları azaltdı. Azərbaycanda da belədi?
– Xeyr. Bizə hələ heç nə deməyiblər. Sadəcə çempionat dayandırılıb.

– Azərbaycanda stadionlar dolur?
– Burda futbol 2-3 yerdədi. Cəmi 8 komanda, əla bazalar, stadionlar var, ancaq idman yoxdu. İnsanlar öz şirkətləri və işləri ilə daha çox maraqlanırlar, futbol onlar üçün ikinci dərəcəlidi. Komandalar şirkətlərə aiddi. Klubu olan bir klub prezidenti yoxdu, klublar futbolla o qədər də əlaqəsi olmayan şirkətlərə məxsusdu. Ancaq futbola ciddi ıpul yatırılır, yaxşı futbolçularla ödənişli müqavilələr bağlayırlar, ancaq yenə də insanla üçün futbol o qədər də vacib deyil.

– Premyer liqanın səviyyəsi necədi?
– Azərbaycan çempionatı Kiprdən aşağı səviyyədədi. Orda da oynadığım üçün müqayisə apara bilərəm. Çempionlar və Avropa liqalarınnda oynayan “Qarabağ” var. Növbəti mövsüm biz də avrokuboklara iddia edirik, amma çempionat hazırda dayandırılıb. Necə olacağını da bilmirik.

– Azərbaycana getmək qərarını verməyiniz nə ilə bağlı idi?
– Yenilik axtarırdım. Fürsət düşən kimi bundan istifadə etdim.

– Azərbaycandan sizə təklif gələndə dərhal razılaşdınız?
– (Gülür) Həqiqət ondan ibarətdi ki, ilk reaksiyam ölkənin harda olduğunu, kimlərlə sərhəddə yerləşdiyini bilmək üçün xəritəyə baxmaq oldu. Bu barədə həyat yoldaşımla müzakirə etdim və sonra razılaşdım

– Mövsümün sonunda müqaviləniz başa çatır?
– Bəli, bir illik müqaviləm var. Mövsüm başa çatanda nə olacağını bilmirəm. Sözləşməm mayın sonunda bitir.

Həmin kateqoriyadan