- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0
Ukrayna Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – “Metallurq” da kubokdakı ilk sınağına çıxıb.
Zaporojye klubu səfərdə “Ternopol”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləcə, “Metallurq” mübarizəni elə startdaca dayandırmalı olub.
Qeyd edək ki, Paşayev bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 29-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.