- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qələbəyə görə şadam. Çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Bazel”in baş məşqçisi Patrik Rahmen konfrans liqasının “H” qrupunda “Qarabağ”a 3:0 qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, matçı belə şərh edib: “Qarabağ” keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünlüyü ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq”.