Patrik Rahmen: “Qarabağ” 90 dəqiqə bizdən üstün oynadı

İsveçrənin “Bazel” klubu konfrans liqasının 1-ci turunda səfərdə “Qarabağ”la qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, rəqib komandanın baş məşqçisi Patrik Rahmen mətbuat konfransında ev sahiblərinin şəninə tərif yağdırıb:

“Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. “Qarabağ” bizə qarşı öz potensialını ortaya qoydu.

Görüşün çətin keçəcəyini öncədən demişdim. Rəqibin sahəsinə hücumda çətinlik çəkirdik. “Qarabağ” çox güclü rəqibdir. Nəticədən məyus deyiləm. 1 xalla döndüyümüzdən razıyam. Amma belə oynasaq, bizdə heçnə alınmayacaq”.

Həmin kateqoriyadan