- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasının qrup mərhələsinin 4-cü turunda İspaniyanın “Atletiko” klubu ilə səfər matçında qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, UEFA intizam komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib. Belədə, futbolçu üçün bu yarışın qrup mərhələsi başa çatıb.
Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində “Atletiko”nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb.