- Baxış sayı: 33
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Real Madrid”in rəhbərliyi ilə şifahi razılaşmağa yaxındır.
Allsport.az xəbər verir ki, İspaniya klubunun prezidenti Florentino Peres bir neçə aydır ki, Alonsonun ətrafı ilə birbaşa əlaqə saxlayır və hazırda ispaniyalı mütəxəssis razılıq verməyə yaxındır. Bu, “kral klubu”nun la liqada “Barselona”ya (0:4) və çempionlar liqasında “Milan”a (1:3) məğlub olduğu son oyunlardakı inamsız çıxışı fonunda baş verir.