Pike korrupsiyada ittiham olunur

“Barselona” və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike korrupsiyada şübhəli bilinir.

Allsport.az xəbər verir ki, Majadahonda şəhərinin məhkəməsi ulduz ispaniyalının 89 bank hesabı haqqında məlumat tələb edib. Bu barədə “La Vanguardia” məlumat yayıb.

İdmançının hesablarına əlavə olaraq, onun 27 şirkəti də yoxlanılacaq. Jerar Pike İspaniya kral futbol federasiyası (RFEF) ilə rüşvətxorluq münasibətlərində şübhəli bilinir. İspaniya super kubokunun Səudiyyə Ərəbistanına verilməsində Pikenin “Kosmos” şirkəti vasitəçilik edib.

Həmin kateqoriyadan