Platini futbolda ağ vərəqənin tətbiqini tələb edir

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini növbəti dəfə oyunun qaydalarının dəyişdirilməsi və ağ vərəqələrin tətbiq olunması barədə çıxış edib.

Allsport.az xəbər verir ki, yeni cəza vasitəsi kimi nəzərdə tutulan ağ vərəqələrlə meydanda özünü nalayiq aparan, məsələn, simulyasiya və ya hakim qərarlarına daim etiraz edən oyunçuların cəzalandırılacağını deyən UEFA prezidenti bu cəzaya məruz qalan futbolçunun oyundan 5 və ya 10 dəqiqəliyə kənarlaşdırılacağını qeyd edib.

Platini oyunçunu müəyyən vaxt ərzində meydandan kənarlaşdırmağa hesablanan yeni cəza növü barədə özünün yeni – “Gəlin futboldan danışaq” kitabında ətraflı söhbət açır.

FİFA prezidenti Yozef Blatter isə öz növbəsində futbol qaydalarını kökündən dəyişməyə heç bir lüzum görmədiyini bildirib.

Həmin kateqoriyadan