Polşa gələn ilə qədər lider qalacaq

Final mərhələsi 2016-cı ildə Fransada keçiriləcək növbəti Avropa çempionatının seçmə qrup mərhələsinin 4-cü turunun oyunları “D” qrupunda başlayıb.

Günün ilk oyununda Gürcüstan Polşanı qonaq edib.

İlk hissədən sonra qarşılaşmada hesab açılmayıb. 52-ci dəqiqədə qonaqlar Qlikin vurduğu qolla önə çıxıblar. 20 dəqiqə sonra Krıxovyak, 73-cü dəqiqədə Mila, daha 20 dəqiqədən sonra Milik fərqi 4 cavabsız topa çatdırıblar.

Bununla Polşa millisi liderliyini gələn ilə qədər uzatmış oldu.

 14 noyabr

 «D» qrupu

Gürcüstan – Polşa 0:4 (0:0 – 1-ci hissə)
23:45 Almaniya – Cəbəllütariq
23:45 Şotlandiya – İrlandiya

 

O       Q       H       M      T       X

  1. Polşa              4      3       1       0       15-2  10
  2. İrlandiya       3       2       1       0       10-2  7
  3. Şotlandiya     3       1       1       1       4-4    4
  4. Almaniya       3       1       1       1       3-4    4
  5. Gürcüstan      4       1       0      3       4-7    3
  6. Cəbəllütariq  3       0       0       3       0-17  0

Həmin kateqoriyadan