Poltava döyüşündə “Qarabağ” qalib gəldi

Bu gün Ukraynanın Poltava şəhərinin Aleksey Butovski adına stadionunda Avropa liqasının “E” qrupunun 4-cü turunda “Vorskla”  və “Qarabağ” klubları üz-üzə gəldilər. Allsport.az saytı xəbər verir ki, yerli vaxtla saat 22:00-da başlayan oyundan hesabı qonaqlar açdı. 13-cü dəqiqədə cərimə meydançasında Maksim Medvedevə qarşı kobudluğa görə baş hakim Sandşro Şörer penalti təyin etdi. Zərbəni Araz Abdulayev dəqiq yerinə yetirdi.

2-ci yarının əvvəli bir neçə dəqiqəlik dayandırdı. Buna səbəb, yerli tərəfdarların fişənglər yandıraraq stadiona atmaları oldu. Belədə, “Qarabağ”ın qapısı yanında dayanan köməkçi referi yerini tərk etmək məcburiyyətində qaldı. Görüşün 65-ci dəqiqəsində Azərbaycan azarkeşləri olan sektorda ev sahibi olan tərəfə yandırıcı maddələr atıldı. Bu dəfə isveçrəli baş hakim komandaları meydandan çıxarmaq gösrərişi verdi. Təqribən 8 dəqiqədən sonra matç yenidən davam etdi.

Dayanmalar səbəbindən, referi 12 dəqiqə əlavə vaxt verdi. Qarşılaşmanın sonlarında rəqib 2 dəfə təhlükəli vəziyyət yaratdı. Qapıçımız Hannes Halldorsson mükəmməl oynayaraq yüzfaizlik topları dəf etdi.

Kamran HACI, Poltava

Həmin kateqoriyadan