- Baxış sayı: 35
- 04 Sentyabr 2026 23:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

“Nyukasl” heyətini yeni qapıçı ilə gücləndirib.
Allsport.az xəbər verir ki, İngiltərə klubu Portuqaliyanın “Braqa” komandasından Lukaş Horniçeki transfer edib.
Çex Respublikası millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
Qapıçı 2019-cu ilin yayında ölkəsinin “Pardubitse” klubundan “Braqa”ya keçib. O, ötən mövsüm bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 51 qol buraxıb. Horniçek 24 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
“Nyukasl” ötən mövsüm İngiltərə premyer liqasında 49 xal toplayaraq 12-ci yeri tutub. Komanda yeni mövsümün ilk turunda avqustun 23-də “Liverpul”u qəbul edəcək.