Premyer liqa tarixində ən gənc çempion

“Arsenal”ın 16 yaşlı yarımmüdafiəçisi Maks Dauman, premyer liqada qalib adını qazanan ən gənc oyunçu olub. Allsport.az saytı xəbər verir ki, “Mançester Siti” 37-ci turunda “Bornmut”la 1:1 hesablı heç-heçə etdikdən sonra “topçular” titulunu təmin edib.

Maks, 16 yaş 139 günlüyündə çempion olub. Əvvəlki rekord “Mançester Siti”nin oyunçusu Fil Fodenə məxsus idi və o, ilk titulunu 17 yaş 350 günlüyündə qazanmışdı.

Dauman bu mövsüm premyer liqada 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan