- Baxış sayı: 32
- 14 İyul 2026 19:33
- Baxış sayı: 102
- İyul 13, 2026
- 0

“Brayton” Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb.
Allsport.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, sözləşmənin müddəti daha bir il uzadıla bilər.
“Brayton” bu keçid üçün “Tottenhem”ə 46 milyon funt sterlinq (təxminən 53,8 milyon avro) ödəyib. Bonuslarla birlikdə transferin ümumi dəyərinin 50 milyon funt sterlinqi (58,5 milyon avro) keçəcəyi bildirilir.
Luka Vuşkoviç ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 6 qol vurub.