Prezident seçkisi öncəsi Avropada müzakirələr başladı

Prezident seçkisi öncəsi Avropada müzakirələr başladı

UEFA-ya üzv olan bir neçə milli assosiasiya FİFA prezidentliyinə namizədlərlə bağlı müzakirələrə başlayıb.

Allsport.az xəbər verir ki, müzakirələr FİFA-nın intizam komitəsinin ABŞ millisinin hücumçusu Folarin Baloqunun dünya çempionatındakı cəzasını müvəqqəti dayandırmasından sonra intensivləşib.

Hazırkı FİFA prezidenti Canni İnfantino növbəti müddətə yenidən namizəd olmağı planlaşdırır. Bununla yanaşı, Belçika, Almaniya, İspaniya, İsveç və Norveç futbol federasiyalarının dəstəklədiyi mümkün namizədlər arasında Polşanın “Legiya” klubunun sahibi Dariuş Mioduski və KONKAKAF prezidenti Viktor Montalyaninin adları hallanır.

UEFA prezidenti Aleksander Çeferin isə diqqətini 2027-ci ilin yazında keçiriləcək UEFA prezident seçkilərinə yönəldəcək. PSJ prezidenti Nasser Əl-Xəlaifi hələlik FİFA rəhbərliyinə namizəd olmaq niyyətini açıqlamayıb.

Afrika futbol konfederasiyasının (CAF) prezidenti Patris Motsepe də gələcəkdə FİFA prezidenti olmağı hədəfləsə də, Canni İnfantinonun yaxın müttəfiqi olduğundan onun səlahiyyət müddəti başa çatacaq 2031-ci ilə qədər gözləməyi üstün tutur.

FİFA prezidentliyinə namizədlərin irəli sürülməsi üçün son tarix noyabrın 18-dir. Seçkilər Mərakeşin paytaxtı Rabatda keçiriləcək.

Həmin kateqoriyadan