ÖZƏL
Prosineçki Avropada futbol «böyüklər»indən razılıq gözləyir

Robert Prosineçki «ay-ulduzlular»ımızın baş məşqçisi olmağa razılığını növbəti dəfə təsdiqləyib. Allsport.az saytı Xovatiya KİV-nə istinadən xəbər verir ki, 3 gün öncə Parisdə baş tutmuş ikinci danışıqda tərəflər bütün şərtlərdə razılığa gəliblər.

Bundan sonra o, Azərbaycan futbolunu yaxından bələd olmaq üçün paytaxtımıza gəlib; dünən ölkə çempionatında keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” matçını canlı izləyənlər arasında olub.

Həmkarlarımız qeyd edirlər ki, xorvatiyalı mütəxəssis AÇ-2016 siklinin sonunadək millimizi çalışdıracaq. Bu müddət ərzində o, 1,5 milyon avro qazanacaq. Prosineçkinin ictimaiyyətə dekabrın 2-də təqdim olunması planlaşdırılır. Həmin gün millimizin yeni baş məşqçisinin mətbuat konfransı da nəzərdə tutulub.

Əldə etdiyimiz məlumata görə, xorvatiyalı məşqçi AFFA ilə bütün detallarda razılaşıb, qalıb futbolu idarə edən qaranlıq insanların razılığının alması. Ehtimala görə, o, bu gün və ya sabah «böyüklər»dən müsbət cavab alacaq.

Həmin kateqoriyadan