- Baxış sayı: 37
- 23 İyun 2026 18:11
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Bu gün “Qarabağ” Avropa liqasının əsas mərhələsinin 2-ci turunda evdə İsveçin “Malmö” klubuna 1:2 uduzdu. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda matçdan sonra mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söylədi:
“Əfsuslar olsun ki, məğlub olduq. Öz azarkeşlərimiz önündə qalıb gəlmək istəyirdik. Rəqib qələbəyə layiq idi.
2-ci yarıda çox erkən qol buraxdıq. Xeyli qol məqamlarımız olsa da, yararlana bilmədik. Zədəlilər var, o komandanı geri salıb.
İndi elə dönəmdə ki, futbolçuların bəziləri öz hazırlıq səviyyəsindən uzaqdılar. Psixoloji yorğunluq var. Amma həvəssiz olmaqdan söhbət gedə bilməz. Qarşıda dəyişən hesablar çox olacaq”.