- Baxış sayı: 26
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın müdafiəçisi Erik Qarsiya klubla yeni müqavilə imzalamağa razılıq verib.
Allsport.az xəbər verir ki, bir neçə həftə davam edən danışıqlardan sonra tərəflər razılığa gəliblər və müqavilənin uzadılması üzərində işlər yekun mərhələdədir.
Qarsiyanın “PSJ”dən təklifi olmasına baxmayaraq, o, Kataloniyada qalmağa qərar verib.
Erik Qarsiya bu mövsüm la liqada 13 oyuna çıxıb və 1 qol vurub.