- Baxış sayı: 79
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 223
- Avqust 05, 2026
- 0

PSJ rəhbərliyi hücumçu Randal Kolo Muaninin satışından təxminən 50-60 milyon avro qazanc əldə etmək istəyir.
Allsport.az xəbər verir ki, fransalı futbolçu ilə maraqlanan klublar bu qiyməti çox yüksək hesab edirlər.
Daha əvvəl mətbuatda Randal ilə “Mançester Yunayted”, “Bavariya”, “Milan” və “Çelsi”nin maraqlandığı xəbəri yayılmışdı.
Kolo Muani bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.