- Baxış sayı: 31
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Fransanın Puassi şəhərində PSJ-nin yeni təlim mərkəzinin açılışı olub.
Allsport.az xəbər verir ki, 2020-ci ildə tikintisinə start verilən mərkəz təxminən 300 milyon dollara başa gəlib. Açılışda serbiyalı tennisçi Novak Cokoviç, aktyor Camel Debbouz, həndbolçu Nikola Karabatiç və PSJ-nin əfsanələri də daxil olmaqla bir çox məşhur simalar iştirak edib.
Təlim mərkəzi “Park de Prens” stadionundan 25 dəqiqəlik məsafədə yerləşir. Onun sahəsi təxminən 59 hektar ərazini əhatə edir.