“PSJ yəqin ki, yenə də favorit sayılacaq”

“Barselona”nın baş məşqçisi Xavi çempionlar liqasının ilk 1/4 final matçında PSJ üzərində səfər qələbəsini (3:2) şərh edib.

Allsport.az xəbər verir ki, o, öz oyunçularını tərifləyib:

“Mən komandamla çox fəxr edirəm. Əgər indi qürur duymursansa, nə vaxt qürur duyacam? Düşünürəm ki, PSJ yəqin ki, yenə də favorit sayılacaq. Onlar fantastik komandadırlar, lakin bu gün biz onların təsirini məhdudlaşdıra bildik – onları cinahlar vasitəsilə oynamağa məcbur etməyə çalışdıq və buna nail olduq. Xüsusilə birinci hissədə çox yaxşı, əla və yüksək pressinq etdik.

Paris komandasına qarşı müdafiə olunmaq çox çətindir, amma düşünürəm ki, bu gün yaxşı iş gördük. Uzun müddətdən sonra 1/4 finala qayıtmağın böyük fürsət olduğunu bilirdik və hamı bunu nəzərə alaraq oynadı. Futbolçularım özlərinə inanırdılar”.

Həmin kateqoriyadan