- Baxış sayı: 59
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen klub rəhbərliyini sərt tənqid edib.
Allsport.az xəbər verir ki, nigeriyalı futbolçu sosial şəbəkədə canlı yayım zamanı üç aydır maaş almadığını bildirib.
“Üç aydır maaşımı almıram. Mən olmasaydım, dünyada heç kim “Qalatasaray”ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm. Nankorlar!”.
26 yaşlı hücumçu “Qalatasaray”a “Napoli”dən 75 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm 33 oyunda 22 qol vurub və 8 məhsuldar ötürmə verib.