Püşkatmada iştirak edəcəklər

Oktyabrın 18-də AÇ-2022-nin final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Allsport.az xəbər verir ki, Niderlandın Zeist şəhərində təşkil olunacaq tədbirdə ölkəmizi milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək. 

Püşkatma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) start götürəcək.

Final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq. İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya-Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək. Millimiz ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində gücünü sınayacaq.

Həmin kateqoriyadan