“Qəbələ” əvəz matçında da MTK-ya qalib gəlib, Fransa “Lill”ini Bakıya gətirir

Bu gün Avropa Liqasının 2-ci təsnifatının cavab oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” Bakıda Macarıstan MTK-sı ilə qarşılaşıb.

Səfərdə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun komandası, evdə də rəqibini məyus edərək, mərhələ adlayıb (2:0). Bizdən qolları Sergey Zenyov (7) və Teo Uiks (37 dəq) vurublar.

Qeyd edək ki, “Qəbələ” 3-cü mərhələdə Fransanın “Lill” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan