“Qəbələ” Afina hazırlığına start verib

Avropa liqasının 3-cü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” səfərdə ilk oyunun hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Polşanın “Yagelloniya” klubu ilə cavab matçından sonra, 2 gün Varşavada məşq edən “qırmızı-qaralar” Afinaya yollanıblar.

Dünən Yunanıstan paytaxtına çatan komandamız “Hilton” mehmanxanasında məskunlaşıb. Gümüş mükafatçılar günün ikinci yarısında Afinada ilk məşqinə çıxıb. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda iştirak edə bilməyən Baqali Dabo artıq kollektiv çalışmalara qatılıb.

Xatırladaq ki, iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatainaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Həmin kateqoriyadan